BolgeXeber.Com » Xəbərlər » Bakı sakini işığını kəsən mühəndisin ayaqlarını doğradı

Bakı sakini işığını kəsən mühəndisin ayaqlarını doğradı

25-03-2015, 18:23
Oxunub: 4 653 Bakı sakini işığını kəsən mühəndisin ayaqlarını doğradıMühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakıda ev sahibinin işıq borcu onun daha bir cinayətə əl atmasına səbəb olub.

BOLGEXEBER.COM-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Sabunçu sakini borcu olduğuna görə işığını kəsmək istəyən mühəndisin ayaqlarını doğrayıb.

Sabunçu qəsəbəsi Natavan küçəsində elektrik enerjisinə borcu olduğu üçün rayon Elektrik Şöbəsinin mühəndisi, 1980-ci il təvəllüdlü Teymur Dadaşov tərəfindən enerjisi dayandırılan zaman Tengiz adlı şəxs onun hər iki ayağından kəsici alətlə vurub. Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.