Bakıda ata qızını öldürdü- Yüngül həyat tərzinə görə...
26-03-2015, 13:06
Oxunub: 7 015
Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda kişi qızını amansızcasına öldürüb
Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.
Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyəsindən 3 bıçaq zərbəsi alan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.
Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanov olduğu məlum olub. Araşdırmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib.
Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.
Qızının əməllərindən narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən bir qadının ürəyini parçalayıb.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (ans)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər