MTN işçilərinin peşə bayramı qeyd olundu-Qaradağda
29-03-2015, 18:30
Oxunub: 6 361
28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin əməkdaşları iştirak edirdib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 28 mart – Milli Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı münasibətilə bütün orqan işçilərini təbrik etdi.
Qeyd etdi ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin uzun, tarixi və şərəfli bir yol keçmişdir. MTN-nin müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər Heydər Əliyevin sayəsində 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlamışdır. Bu gün də dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində ölkəmiz hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilib. Xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında MTN-nin xüsusi rolu danılmazdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon şöbəsinin bir nəçə əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər