Zabitimiz şəhid oldu - (Fotolar)
29-03-2015, 12:04
Oxunub: 6 671
Martın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlu martın 28-də doğulduğu Lənkəran rayonunda dəfn olunub
Şəhid baş leytenant rayonun Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində “N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin ruhuna dualar oxunub.
Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.
Şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb.
Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.
Allah rəhmət eləsin!
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər