İsmayıllıda satıcının başını qatıb 50 min manatlıq qızıl apardılar
29-03-2015, 18:12
Oxunub: 7 448
Mağazada satıcı işləyən Pərvanə Daşdiyevanın sözlərinə görə, 8 mart tarixində bir nəfər oradan 150 manat dəyərində alver edib
İsmayıllıda qızıl mağazasından oğurluq edilib
Kanal S xəbər verir ki, cinayət əməli Adıgözəlov Murada məxsus qızıl və parfümeriya mağazasında qeydə alınıb.
Səhər saat 10:30 radələrində baş verən hadisədə sahibkara 50 min manat dəyərində ziyan vurulub. Mağazada 65 ədəd brilliant qaşlı üzük, 25-30-a yaxın uşaq sırğası, brilliant və adi qaşlı 3 ədəd toy dəsti, 1 ədəd 30 qram civarında sep oğurlanıb.
Həmin mağazada satıcı işləyən Pərvanə Daşdiyevanın sözlərinə görə, 8 mart tarixində bir nəfər oradan 150 manat dəyərində alver edib. Bu dəfə başqa məqsədlə mağazaya gələn həmin müştəri satıcının başını qatmaq məqsədilə ona çoxsaylı sifarişlər verib. Satıcı isə yalnız o getdikdən sonra malların yerində olmadığından xəbər tutub. Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər