Jurnalistin qızından Tamerlan Qarayevə qara qutu suçlaması
31-03-2015, 15:17
Oxunub: 5 402
“Germanwings” təyyarəsinin qara qutusundan çıxan səs qeydinin xronikasını dəqiqəbədəqiqə oxuyuram və göyərtədə baş verənləri aydın təsəvvür edirəm.
Axar.az xəbər verir ki, bu sözləri ermənilərin 20 noyabr 1991-ci ildə vurduqları vertolyotda həyatını itirənlərdən biri – jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı Feysbuk sosial şəbəkəsindəki profilindən paylaşıb. S.Osmanqızı sözügedən vertolyotun qara qutusunun indiyə qədər gizli saxlanılmasına görə ittiham yağdırıb:
“Atamın həlak olduğu Mİ-8 vertolyotunun qara qutusu ilə bağlı Tamerlan Qarayevlə olan söhbəti xatırlayıram: “Axı qara qutu sizin nəyinizə gərəkdir? O sizə hansı informasiyanı verəcəkdi ki? O, onsuz da texniki bir şeydir, ondan heç nə öyrənmək mümkün deyil”.
Mİ-8 vertolyotunun salamat qalan qara qutusunu Rusiyaya gedər-gəlməzə göndərən parlament istintaq komissiyasının rəhbəri indi getsin xronikanı oxusun. Nə məqsədlə göndərirdi - bir özü, bir də havadarları bilir”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər