Bakıda faciəvi şəkildə ölən şəxslə bağlı "NİKOYL" bankdan açıqlama
2-04-2015, 09:55
Oxunub: 7 519
Məsələ ilə bağlı “NİKOYL” bank saytımıza açıqlama verib
Dünən BOLGEXEBER.COM-da tia.az-a istinadən "“NİKOİL” bank haqda müdhiş iddialar"adlı yazı getmişdi.Məlumatda bildirilirdi ki, Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq "Daewoo"nun sürücüsü dünyasını dəyişib. Onun “NİKOİL” bankın əməkdaşı olduğu bildirilir. X.İbrahimov bankın problemli kreditlər şöbəsində çalışıb. Araşdırmadan sonra məlum olub ki, bu şöbənin əməkdaşları gecə vaxtı problemli müştərilərə məxsus olan avtomobilləri qovaraq ələ keçirir. Bu hadisə də elə həmin məqsədlə aparılan əməliyyat vaxtı baş verib. Bildirək ki, sözügedən bankın bu əməli ilk deyil. Bir çox müştərilərə qarşı güc tətbiq edən bankın “şillə vuranları” olduğu deyilir. Problemli kreditləri problemlə çözən “NİKOİL” bank indi sanksiyalarla üzləşə bilər.
Məsələ ilə bağlı “NİKOYL” bank saytımıza açıqlama verib.
Bankdan BOLGEXEBER.COM -a daxil olan məlumatda bildirilir ki, qəzaya düşən şəxs "NİKOYL" bankın əməkdaşı deyil, bu məlumatlar isə həqiqəti əks etdirmir: "İnformasiya saytlarında dərc olunan “Bakıda bank işçisi faciəvi şəkildə öldü” adlı məqalədə Bankımız haqda həqiqətə uyğun olmayan və təsdiq olunmayan məlumat dərc olunub. “NİKOYL” bankın problemli şöbəsinin heç bir əməkdaşı problemli müştərilərə məxsus olan avtomobilləri qovmur və bu gün bəzi saytlarda qəza törədən Xəyal İbrahimov adlı sürücünün “NİKOYL” bankın əməkdaşı olması xəbəri tamamilə yalandır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər