Cahangir Əsgərova aid olan şirkətlərin adları açıqlandı - Siyahı
2-04-2015, 18:56
Oxunub: 6 030
Hüquqşünas Aslan İsmayılovun AZAL prezidenti Cahangir Əsgərova qarşı ittihamlarına qurumun mətbuat xidmətnin rəhbərinin verdiyi cavab aranı qatıb
Aslan İsmayılov mətbuat xidməti rəhbəri Məhərrəm Səfərlinin etik olmayan cavabını Cahangir Əsgərova yönəltməklə yanaşı, onun şirkətlərinin adını da açıqlayıb
Aslan İsmayılovun "Facebook"dakı səhifəsində yazdığı statusu olduğu kimi təqdim edirik:
"AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin rəhbərinin mədəniyyətinə uyğun tərzdə, verdiyi müsahibə (http://bizimyol.info/news/50199.html) ilə tanış oldum. Müsahibənin verilmə tərzi, "limonad, korjik” hissəsi həmin şirkətin səviyyəsinin göstəricisidir. Məni isə maraqlandıran iki məqamdır.
Birincisi, M.Səfərlinin "Aslan İsmayılov deyəndə ki, adicə adamdır, adicə vətəndaşdır da, hüquqşünasdır” deməsi bir daha göstərir ki, bu şirkətin rəhbərliyi və əməkdaşları sadə vətəndaşları insan hesab etmirlər və onların rahatlığı ilə əsla maraqlanmırlar. Bu halın şahidi yəqin ki, "AZAL”-la uçan hər kəs görüb. Özüm dəfələrlə şahidi olmuşam ki, hər hansı vəzifəli şəxs hava limanında peyda olan kimi "AZAL” əməkdaşları onların qarşılarında necə əyilə-əyilə qaçırlar və heç bir növbə gözlətmədən nəinki yüklərini, az qala özlərini də bellərinə mindirib avtomobillərinə qədər yola salırlar. Sadə vətəndaşların isə az qala dərilərini soyurlar, istənilən müraciətə kobud cavab verilir. Çünki rəhbərlərindən gördükləri budur! Cahangir Əsgərovun xüsusi kobudluğunu sadalamağa ehtiyac duymuram. Mən isə C.Əsgərovdan fərqli olaraq heç vaxt, heç kimə yarınmadım, ləyaqətimi hər şeydən üstün tutdum, hələ 1986-cı ildə Rusiyanın ən səfalı rayonunda məhkəmə sədri işləyəndə C.Əsgərov yəqin ki, Zabratda motor yağlayırdı. Sonrakı vəzifələrimi sadalamağa ehtiyac durmuram və bu gün də şərəfimi qorumaqla sadə, Azərbaycan vətəndaşı olmağımla qürur duyuram! Xüsusilə qeyd etmək istəyirəm ki, nə Yunanıstan, nə də ki başqa bir ölkənin vətəndaşı deyiləm.
İkinci, C.Əsgərovun sözcüsü məni yalan danışmaqda suçlayır. Heç vaxt yalan danışmamışam, yazdıqlarımın hamısı düzdür, bunları istənilən mənbələrdən yoxlamaq olar. Mən C.Əsgərov kimi insanların gözünə baxa-baxa yalan danışmağı bacarmıram. Başqa məsələ ki, "AZAL”-da baş verən korrupsiyanın cüzi bir hissəsinə nəzər salmışam. Əgər imkan tapıb qeydiyyatsız reyslərdən, dəyəri milyonlarla ölçülən qanunsuz yükdaşımalardan, Airport Gate, Baku Cargo Terminal, Duty Free, Ground Handling Company, Holiday Inn Baku airport, Azal Sıgorta, SKY Catering, Silk Way Business Aviation, Bank Silk Way, Silk Way Construction, SWIT, Silk Way Supply, Silk Way Technics, SW Travel-də baş verən korrupsiya mənbələrini araşdırsam, bu gün məni təhqir etmək istəyənlər qaçmağa yer axtaracaqlar". (mia.az)
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman