BolgeXeber.Com » Xəbərlər » Baş Prokurorluq təkzib yaydı: “Tutulublar”

Baş Prokurorluq təkzib yaydı: “Tutulublar”

3-04-2015, 14:38
Oxunub: 5 369 Baş Prokurorluq təkzib yaydı: “Tutulublar”Baş Prokurorluq Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı məlumat yayıb

Baş prokurorluqdan BOLGEXEBER.COM-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı Tovuz rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi barədə informasiyalar dərc edilib:
“Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur və bununla əlaqədar bildiririk ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci, Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarınının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir”.
BOLGEXEBER.COM