Kürdəmir İcra Hakimiyyətində korrupsiya - Rəsmi
6-04-2015, 19:53
Oxunub: 5 737
Kürdəmir Rayon İcra Hakimiyyətinə (RİH) ayrılan vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində vəsaitlərin istifadəsi zamanı dövlət vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələnən bir sıra ciddi nöqsanlara yol verildiyi məlum olub
BOLGEXEBER.COM-un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Hesabata əsasən, 2 halda satınalamalar üzrə mövcud qanunvericiliyin tələblərinə əməl edilməyərək satınalma prosedurları keçirilmədən layihə-smeta sənədlərinin hazırlanmasına vəsait xərclənib, tikinti-quraşdırma işlərinin birbaşa müqavilələrlə yerinə yetirilməsinə müvafiq icazənin olmadığı və vəsait ayrılmadığı halda 6 obyekt üzrə satınalma müqavilələri bağlanılıb, podratçıların ixtisas göstəriciləri araşdırılmayıb.
RİH-dən Hesablama Palatasına mövcud normativ aktların tələbləri pozularaq avans təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlərin surəti təqdim edilmədən 6 obyekt üzrə podratçı təşkilata avans ödənilib. Ümumilikdə altı obyekt üzrə 13042,1 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, on obyekt üzrə yerinə yetirilməyən 31034 manat məbləğində tikinti işlərinin yerinə yetirilməsi, malların (işlərin, xidmətlərin) satınalınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunması bildirilib.
Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər