Kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı
7-04-2015, 10:10
Oxunub: 5 516
İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib
Yaxınlarının bildirdiyinə görə, iki övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər.
Azərbaycanda ictimai təşkilatlar və media qurumları ölkə əhalisinin böyük hissəsinin bankların yüksək faizlə verdikləri istehlak kreditləri əlində çıxılmaz vəziyyətə düşdüklərini deyirlər.
Bank rəsmiləri isə media orqanları ilə nadir təmaslarında belə istehlak kreditləri üçün təminat zəif olduğundan faizlərin yüksək olduğunu bildirirlər ("Azadlıq" radiosu).
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman