Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
9-04-2015, 10:58
Oxunub: 5 634
2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sonuncu müsabiqə elan olunur
Təhsil Nazirliyindən BOLGEXEBER.COM-a verilən məlumata görə, sənədlərin qəbulu 15 aprel-15 iyul tarixləri ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə Nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək.
Müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək.
Tələb olunan sənədləri elektron ərizə vasitəsi ilə təqdim edən iddiaçıların müraciətlərinin qəbulu Nazirlik tərəfindən təsdiqləndikdən sonra onlar 10-12 iş günü ərzində fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Müsahibənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək. Nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar.
Türkiyədə təhsil almaq istəyənlər elektron ərizələrini 15.07.2015-ci il tarixinə qədər tamamlayaraq təsdiq etməlidirlər.
Sənəd qəbulunun 15.07.2015-ci il tarixində başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları, müvafiq bala dair arayışı 01.08.2015-ci il tarixinədək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər