Bakıda güclü külək iki yük maşınını aşırdı - VİDEO
11-04-2015, 14:02
Oxunub: 6 385
Paytaxt ərazisində əsən güclü külək yol qəzalarına səbəb olub. Belə hadisələrdən biri Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrliyində, Qaradağ rayonu ərazisində baş verib.
Bolqarıstan vətəndaşı Nikolay Georgiyeviç Kurkovun idarə etdiyi ağır tonnajlı yük maşını Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman aşıb. Maşının yük hissəsi boş olduğundan, əsən güclü külək onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da yolda tıxac yaranıb.
Qəzadan sonra maşının yanacaq cəni zədə gördüyü üçün ətrafa tezalışan maddə dağılıb. Buna görə hadisə yerinə Fövqəladə hallar Nazirliyinin əməkdaşları çağırılıb. Baş verəcək hadisənin qarşısını almaq üçün ehtiyat tədbirləri görülüb.
Yolun əks tərəfində isə "MAN" markalı yük maşını da aşıb. Bu hadisə zamanı da xəsarət alan olmayıb. Lakin avtomobilə maddi ziyan dəyib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər