Bakı-Sumqayıt yolunda ucsuz-bucaqsız tıxac
17-04-2015, 10:57
Oxunub: 5 942
Yüzlərlə avtomobil yolda qaldı
Bakı-Sumqayıt yolunda dəhşətli tıxac var. Sulutəpə qəsəbəsindən başlanan tıxc “Şamaxinka”ya qədər davam edir. Məlumata görə tıxac səhər 8:30-dan başlayıb və yüzlərlə avtomobil hərəkətin tamamilə dayandığı yolda qalıb.
BOLGEXEBER.COM bildirir ki,Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən publika.az-a verilən məlumata görə, hazırda paytaxtın bir sıra digər ərazilərində, o cümlədən, Bakı-Sumqayıt yoluna alternativ olan Binəqədi şosesində- üzü şəhər istiqamətində, Moskva prospektində “20 Yanvar” dairəsi istiqamətində, Heydər Əliyev prospekti kənar yolda hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.
Sürücülərə H. Əliyev prospektinə alternativ olaraq Babək və ya Ziya Bünyadov prospektindən istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, Heydər Əliyev prospekti əsas yolda hər iki istiqamətdə təmir getdiyindən bu istiqamətdə yol bağlıdır. Sürücülər alternativ olaraq kənar yoldan istifadə edirlər.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər