BolgeXeber.Com » Xəbərlər » Bakıda məşhur milyarder İsgəndər Xəlilovun qardaşının evindən külli miqdarda narkotik tapıldı
Bakıda məşhur milyarder İsgəndər Xəlilovun qardaşının evindən külli miqdarda narkotik tapıldı
17-04-2015, 12:04
Oxunub: 5 881
Bakı sakininin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib
BOLGEXEBER.COM “Report”-a istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Əsgərov Habil Əsgər oğlunun yaşadığl evin həyətindən ümumi çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, polislərin narkotik vasitələri tapdıqları həyət evi H.Əsgərovun özünə məxsus deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işləyib. Mənzil sahiblərinin evə gec-gec gəlməsindən istifadə edən H.Əsgərov həyətdə narkotik vasitələr əkib-becərib.
Narkotik vasitələrin əkildiyi mülk məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan H.Əsgərov R.Xəlilovun evində qarovulçu işləməzdən əvvəl Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində (BƏM) aşpaz kimi çalışıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər