Rüşvət alan rəis həbs edildi, idarəsi isə ləğv olundu
17-04-2015, 14:55
Oxunub: 5 580
Bir müddət əvvəl rüşvət aldığına görə tutulan rəisin rəhbərlik etdiyi idarə ləğv olunub
BOLGEXEBER.COM bildirir ki,virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahı ləğv edilib. Bu qərar qərərgahın rəisi Əlövsət Məhərrəmovun fevralın 19-da həbs edilməsindən sonra verilib.
Qeyd edək ki, Ə.Məhərrəmov Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olurmuş. 55 yaşlı Əlovsət Əvəz oğlu Məhərrəmovun vətəndaşları aldadaraq onlardan FHN işə düzəltmək adı ilə pul aldığı üzə çıxıb. Bundan sonra Ə.Məhərrəmov barədə cinayət işi başlanıb, istintaq davam edir.
Qərargah rəisinin həbsindən sonra onun rəhbərlik etdiyi idarə də ləğv edilib. İdarənin yerləşdiyi ofis hazırda bağlıdır.
Bu faktı “Azərbaycan Dəmir Yolları” QSC-dən də təsdiqlədilər.
Xatırladaq ki, bu il yanvarın 6-da virtualaz.org saytında “Özünü FHN-in polkovniki kimi təqdim edən rəis 6050 manat rüşvət aldı” başlıqlı yazı dərc olunmuşdu. Yazıda Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimovun ailəsinin Ə.Məhərrəmov tərəfindən aldadıldığı və 6050 manatlarının mənimsənildiyi bildirilirdi.
Ə.Məhərrəmov İsmayıl Kərimova özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edərək onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul almışdı.
Bu yazıdan sonra Ə.Məhərrəmovun əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlandı. Sonradan isə məlum oldu ki, Ə.Məhərrəmov təkcə İsmayıl Kərimovu yox, bir neçə başqa şəxsi də bu yolla aldadaraq onların pullarını alıb. Hazırda zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər