Xoşqədəm Hidayətqızının verilişinin adı belə olacaq-FOTO
20-04-2015, 10:43
Oxunub: 5 330
”Səni axtarıram” verilişi ilə əlaqədar qalmaqallı şəkildə "Azad Azərbaycan" Televiziyasından (ATV) ayrılan teleaparıcı Xoşqədəm Hidayətqızı gələn həftədən ANS TV-də efirə çıxacaq
X.Hidayətqızının ANS TV-də yayımlanacaq verilişi ”Səni axtarıram” adlanmayacaq. Teleaparıcı ad dəyişikliyinə getməyə məcbur olub. Belə ki, tamaşaçılar onu “Xoşqədəmlə axtarıram səni” verilişi ilə efirdə görə biləcəklər.
Verilişin bu cür adla ekranlara çıxacağını ANS TV-dən də təsdiqləyiblər.
Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi bir neçə gündür adı ətrafında qalmaqallar yaşanan “Səni axtarıram” televiziya verilişi ilə bağlı məsələyə aydınlıq gətirib. Agentlik bildirib ki, müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsus olan “Səni axtarıram” televiziya verilişi 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında alınıb.
ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz.
2015-ci il 1 oktyabr tarixindən sonra “Səni axtarıram”ın ssenarisinə müəlliflik hüququ olan Xoşqədəm Hidayətqızı ATV-ilə əmək müqaviləsinə xitam verildikdən sonra, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bılər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər