Bərdədə karate yarışı keçirildi-FOTO
20-04-2015, 17:44
Oxunub: 6 435
Bərdə Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsinin və Kyokuşinkaykan Karate Federasiyasının birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar arasında Kyokuşinkaykan Karate idman növü üzrə Respublika kuboku yarışı keçirilib
Bolgexeber.com xəbər verir ki, yarışın əsasnaməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilib. Tədbirdə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının Prezidenti, IX dan qara kəmər ustası Teyyub Əzizov çıxış edirb, bu idman döyüş sənətinin gənclərin hərbi vətənbərlik ruhunda tərbiyə olunmasında zəmin yaratdığından danışıblar.
Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan 20 komanda (200 –ə yaxın idmançı) bu yarışda iştirak ediblər.Gərgin mübarizə şəraitində keçən yarışda Bakının “Abşeron “klubu-I, Xırdalanın “Çempion” klubu-II və “Sədərək” kulubu- III yerləri tutublar. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kuboklarla təltif olunublar.
Bərdə rayonunu bu yarışda I dan qara kəmər ustası, məşqçi Pərviz Rəsulovun yetirmələri uğurla təmsil edib. Beləki, 5 nəfər I, 7 nəfər II, 2 nəfər isə III yerləri tutub.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər