Qanunsuz rabitə xidməti göstərən əcnəbilər saxlanıldı
21-04-2015, 20:24
Oxunub: 5 399
Azərbaycanda beynəlxalq rabitə xidmətləri ilə qanunsuz məşğul olan xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb
Bu barədə BOLGEXEBER.COM-a Baş Prokurorluğun mətbuat xidmətindən mıəlumat verilib. Məlumata görə, ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna Respublikasının vətəndaşının 25 min 571 manat, İran İslam Respublikasının vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikasının vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər