Maral Tahirqızı: «Avropa məhkəməsinə qədər gedəcəyəm»
23-04-2015, 09:17
Oxunub: 7 286
Bu gün Xətai Rayon Məhkəməsində müğənni Maral Tahirqızının növbəti məhkəməsi keçirilib
Bu barədə ölkə.az-a Maral Tahirqızı özü məlumat verib. Sənətçi işi aparan hakim İbrahim İbrahimlidən narazı olduğunu bildirib:
«Hakimin dəyişdirilməsini istəyirik. Çünki işə yaxşı baxmır, vəsatətlərimizi təmin etmir. Soruşuram ki, polis əlində heç bir sənəd olmadan mənim evimdə necə axtarış apara bilər? İmkan vermir çıxış edim. Əgər məsələ həllini tapmasa, Avropa Məhkəməsinə qədər gedəcəyəm. Evimizin yanında kameralar var. Açılsın, görülsün ki, polis ora necə gəlib, necə gedib. Çox xahiş edirəm, bu fikrimi olduğu kimi verəsiniz».
Qeyd edək ki, aprelin 24-də sözügedən məsələylə bağlı növbəti proses keçiriləcək. Xatırladaq ki, son zamanlar sosial şəbəkələrdə paylaşdığı fotolarla və statuslarla populyarlaşan müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) və 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər