Doğuş zamanı daha bir ana ölümü-Şəkidə
23-04-2015, 11:25
Oxunub: 5 303
Ötən gün Şəkidə gənc ana doğuş zamanı ölüb
BOLGEXEBER.COM xəbər verir ki,apa-ya verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyə şöbəsində qeyseriyyə əməliyyatı ilə doğuş keçirib. Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb.
Hadisə ilə bağlı Şəki RMX-nın doğum şöbəsinin müdiri Ruziyə Hüseynova bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub. Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib.
Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bu A. Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər