Türkiyə Çanaqqala zəfərinin 100 illiyini qeyd edir
24-04-2015, 12:27
Oxunub: 7 053
Türkiyədə 21 dövlətin lideri və 50-dən çox ölkənin rəhbərliyinin nümayəndəsinin iştirakı ilə Çanaqqala döyüşünün 100 illiyi qeyd olunur
BOLGEXEBER.COM xatırladır ki, 1915-ci ilin aprelində bir ilə yaxın davam etmiş Dardanell əməliyyatı başladı. Bu döyüş Birinci Dünya Müharibəsinin mühüm bir epizodu idi.
Bu döyüş Böyük Britaniya, Fransa və onların müttəfiqlərinə Dardanel boğazını ələ keçirməyə imkan vermədi – səbəb isə türk qoşunlarının amansız müqaviməti oldu.
Çanaqqala döyüşündə uğur bütün əməliyyat üçün həlledici əhəmiyyət kəsb edirdi və nəticədə Türkiyə ərazilərinin xarici qoşunlardan təmizlənməsi ilə başa çatdı.
Bu gün Çanaqqala döyüşündə həlak olanların xatirəsinə həsr olunmuş abidənin qarşısında keçiriləcək mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammadov, Pakistan prezidenti Məmnun Hüseyn, İrlandiya prezidenti Maykl Hiqqins, İraq prezidenti Fuad Məsum, Qatarın əmiri Tamim bin Həmad əl-Tani, Avstraliyanın baş naziri Toni Ebbot, Yeni Zelandiyanın baş naziri Con Key, Uels şahzadəsi Çarlz və digər xarici liderlər iştirak edəcəklər.
Rusiyanı tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər