BolgeXeber.Com » Xəbərlər » "Bizim market" qiymət fırıldağını davam etdirir - İTTİHAM

"Bizim market" qiymət fırıldağını davam etdirir - İTTİHAM

28-04-2015, 12:51
Oxunub: 4 248 "Bizim market" qiymət fırıldağını davam etdirir - İTTİHAMManatın devalvasiyasından sonra ilk qiymət artımına gedənlər sırasında "Bizim market" öndə idi

Son zamanlar paytaxtda fəaliyyət göstərən iri marketlərlə bağlı xoşagəlməz sözlər eşidilir. İstehlakçıları aldatmaqla məşğul olan marketlərin sayı günü-gündən çoxalır. Düzdür, iri marketlərin insanlar üçün faydaları çoxdur. Belə ticarət obyektlərində çeşid çox olur. Hər kəs istədiyini tapmaq imkanına malik olur. Rahatlıq baxımında, böyük marketlərin üstünlükləri çoxdur. Lakin bəziləri müştəriləri aldatmaqla məşğuldur.

Belə marketlər şəbəkəsindən biri Xətai rayonu Köhnə Günəşli qəsəbəsi İnqilab İsmayılov küçəsində yerləşən "Bizim market"dir. Sözügedən marketlər şəbəkəsinin artıq paytaxtın bir sıra yerlərində filialları var. Lakin hələ bu vaxta qədər "Bizim market"in fəaliyyəti ilə bağlı hansısa ciddi nöqsanlarla bağlı şikayət edən olmayıb. Demək olar ki, ilk yaranan marketlər şəbəkəsi olaraq "Bizim market" müştərilərinə yüksək keyfiyyətdə xidmət göstərib. Təəssüf ki, Xətai Rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində yerləşən "Bizim market”lər içərisində ən böyüyü sayılan "Bizim market"lə bağlı şikayətlər eşidirik. İriliyinə və rahatlığına görə nəinki Köhnə Günəşli qəsəbəsinin sakinləri, eləcə də Yeni Suraxanı, Yeni Günəşli qəsəbəsinin sakinləri də adını çəkdiyimiz marketin xidmətindən yararlanırlar. Amma son zamanlar oranın müştəriləri həddən artıq azalıb. Bu da istehlakçıların aldadılmasının göstəricisidir. Bizə verilən məlumata görə vitrindəki qiymətlərlə kassaya vurulan qiymətlər arasında yerlə göy qədər fərq var. Dəfələrlə belə hallar üstündə müştərilərlə satıcılar arasında mübahisə düşüb. Satıcılar hər vəhclə özlərini günahsız çıxarmağa çalışırlar. Amma hər halda müştəri həmişə haqqlı olur. Xüsusilə də olay Bizim marketdə baş verirsə, bunun nə dərəcədə həqiqətə uyğun olub-olmadığı göz qabağındadır. Çünki sözügedən ticarət obyekti barəsində dəfələrlə xoşagəlməz fikirlər səsləndirilib.

Bundan başqa "Bizim market"də keyfiyyətsiz və vaxtı keçmiş məhsulları müştərilərə sırıyırlar. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirmək olar. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, sözügedən marketdə satıcılar çəkidə istehlakçıları aldadırlar. Belə ki, un, şəkər tozu, qənd, meyvə-tərəvəzi çəkərkən alıcılara kələk gəlirlər. Alıcılar isə həmin an bunun fərqində olmasalar da, alıb evə apararkən market fırıldaqçılarının qurbanına çevrildiklərini görürlər.

Elə məhsullar var ki, üzərilərində qiymətləri yoxdur. Market o qədər böyükdür ki, qiyməti soruşmaq üçün satıcı tapmaq mümkün deyil.

Manatın devalvasiyasından sonra ilk qiymət artımına gedənlər sırasında "Bizim market" öndə idi.

Marketdən heç bir qiymət artımı omadığı qeyd edilsə də, satıcıların səsləndirdiyi qiymətlərlə malın üzərindəki qiymətlər arasında fərq müşahidə olunub. Belə ki, satıcıya yaxınlaşan əməkdaşımıza yumurtanın 1 ədədinin qiymətinin 11 qəpik olduğu bildirilsə də, rəfdə bu qiymətin 8 qəpik olduğu göstərilib. Satıcının bunu izah edə bilmədiyini görən marketin inzibatçısı dərhal məsələyə müdaxilə edib: "Satıcı səhv bilir, bizdə 1 ədəd yumurtanın qiyməti elə 8 qəpikdir". Hətta onu da qeyd edək ki, müştəri toplamaq üçün marketin qarşısında yazıb vurublar ki, bütün məhsullar köhnə qiymətlə satılır. Görünür, sözügedən market müştərilərini itirdiyinə görə, belə bir yola əl atıb. Lakin aparılan müşahidələr göstərir ki, məhsullarda qiymət artımına gediblər. Ümid edirik ki, müvafiq qurumlar bu işdə aktivlik nümayiş etdirəcəklər. gundelik-baku.com