BolgeXeber.Com » Xəbərlər » Ermənilərin övladlığa götürdüyü Bahadır 58 il sonra bacısı ilə görüşdü - Video

Ermənilərin övladlığa götürdüyü Bahadır 58 il sonra bacısı ilə görüşdü - Video

1-05-2015, 14:19
Oxunub: 4 813 Ermənilərin övladlığa götürdüyü Bahadır 58 il sonra bacısı ilə görüşdü - VideoRusiyanın ORT telekanalında yayımlanan “Jdi menya” (“Gözlə məni”) verilişinin ötən gün yayımlanmış buraxılışının qəhrəmanları 40 il bir-birində ayrı düşmüş azərbaycanlı bacı-qardaş olub

İllər öncə naməlum ailəyə övladlığı verilən qardaşı Bahadır Hüseynovun tapılması üçün “Jdi menya” verilişinə müraciət edən bakılı Humay Hüseynova 40 il sonra qardaşı ilə canlı efirdə üz-üzə gəlib.

Humay Hüseynova deyib ki, 9 yaşı olarkən Bakıda anası və qardaşı ilə yaşadığı evdən çıxaraq bir neçə il nənəsilə yaşamalı olub. O, 16 yaşında yenidən ailəsinə qayıdan zaman kiçik qardaşı Bahadırı evlərində görməyib. Humay Hüseynova verilişdə bildirib ki, qardaşı Bahadırın hələ 2 yaşı olarkən Poqosov soyadlı erməni ailəsinə övladlığa verildiyini öyrənib. Ermənilərin övladlığa götürdüyü Bahadır 58 il sonra bacısı ilə görüşdü - Video

“Jdi menya” verilişinin axtarışları nəticəsində məlum olub ki, Bahadır Hüseynov erməni ailəsinə veriləndən sonra onun adı və soyadı dəyişdirilərək Vladislav Poqosov edilib. Həmin ad-soyadla böyüyən Bahadır yalnız hərbi xidmətdən döndüyü zaman qonşularından Poqosovların onun əsl valideynləri olmadığını öyrənib.
Öz ögey valideynlərindən həqiqi anasının ünavınını öyrəndiyini deyən Bahadır Hüseynov onunla dil tapa bilmədiyini təəssüflə xatırlayır.

Bakıda bir-birilərindən ayrı salınan Humay Hüseynova və Bahadlır Hüseynov yalnız 58 il sonra Moskvada “Jdi menya” verilişinin studiyasında bir-birilərinə qovuşdurulublar.

Bolgexeber.com Modern.az saytına istinadən “Jdi Menya” verilişinin həmin buraxılışının təqdim edir.