Şagirdini xilas edib özü Kürdə batan müəllimin cəsədi 5 ay sonra tapıldı
4-05-2015, 09:46
Oxunub: 5 223
Meyit Ə.Hüseynovun batdığı yerdən 3-4 kilometr aralıda sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Ötən ilin dekabr ayının 7-də səhər dərs dediyi məktəbə gedərkən Kür çayının Sabirabaddan keçən hissəsində körpüdən suya düşüb batmaqda olan maşından 9 yaşlı məktəbli Güldəstə Hüseynovanı xilas etsə də özü sulara qərq olmuş 57 yaşlı müəllim Əhliman Hüseynovun cəsədi bu gün tapılıb.
Cəsəd müəllimin batdığı yerdən 3 km aralıda – Sabirabad rayonunun Məmişlər kəndində çayda balıq tutan kənd sakinləri tərəfindən aşkarlanıb. Cəsəd balıqçıların qarmağına ilişib. Yaxınları onu paltarlarından tanıyıb.
Xatırladaq ki, bir çox media orqanlarında Ə.Hüseynovun cəsədinin axtarışlarının dayandırıldığı barədə məlumatlar yer alsa da onlar həqiqəti əks etdirmir. FHN-in müvafiq qurumları və yerli sakinlərin axtarışları bu 5 ayda bir gün olsun belə dayanmayıb.
Onu da qeyd edək ki, Cavad kənd sakini olan mərhum əmək təlimi müəlliminin mənzil şəraitinin çətin olduğunu öyrənən kimi Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Hüseynovlar ailəsi üçün yeni ev tikilib.
Virtualaz.org

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər