«Nərmanov»da baş leytenant Səlimov «kabusu»
5-05-2015, 13:07
Oxunub: 6 998
DYP zabiti binaların önündəki maşınları belə «oğurlatdırır»
Nərimanov metrosunun ətrafında son bir həftədir əsl «kabus» dolaşır. Daha doğrusu, metronun ətrafında yaşayan sakinlər də binalarının qarşısında maşın saxlaya bilmirlər.
Jam.az xəbər verir ki, ərazidə sürücülərin «kabusu» olan şəxs isə DYP əməkdaşı, baş leytenant Səlimovdur. Bu şəxs polis adına yaraşmayan hərəkətləri ilə diqqəti çəkməklə yanaşı, saxlatdırdığı avtomobillərin sahibləri ilə kobud davranışları ilə də yadda qalıb. Bu azmış kimi, yol kənarında, hətta binaların qarşısında saxlanılmış avtomobilləri də evekutorlara yükləyib aparmaq səlahiyyətinə malikdir.
Əldə etdiyimiz məlumata görə, baş leytenant Səlimov hətta yolun bu üzündə dayanıb, digər üzündə dayanan avtomobili fitlə saxlayır. Daha sonra, sürücüdən tələb edir ki, maşından düşüb, onun yanına gəlsin. Sonra da sənədlərə qeyri-şərtsiz cərimə yazaraq, «Get kimə istəyirsən, şikayət et. Bu ərazinin şefi mənəm» deyə bildirir.
Ərazidə yaşayan sakinlər bildirir ki, həyətlərində saxladıqları avtomobillərinin hər an «oğurlana» biləcəklərindən narahatdırlar. Çünki Səlimovun «komandası» bir göz qırpımında maşınları evekuatorlara mindirib, cərimə meydançasına apartdırır.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər