Biletlərin qiymətini süni şəkildə artıranlar 7000 manat cərimələnəcək- SƏRƏNCAM
6-05-2015, 16:50
Oxunub: 5 671
Prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb
BOLGEXEBER.COM-un məlumatına görə, sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən kütləvi idman tədbirlərinə və yarışlara giriş biletlərinin saxtalaşdırılmasına görə - fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə ediləcəklər. Biletləri müəyyən edilmiş tariflərdən yüksək qiymətə satan vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək cərimələnəcək.
Bundan əlavə, bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə qadağan edilən əşyaların istifadəsinə görə fiziki şəxsləri 500 manat, vəzifəli şəxsləri 2000 manat, hüquqi şəxsləri isə 5000 manat miqdarında cərimə gözləyir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər