Putin İlham Əliyevə təbrik göndərib
7-05-2015, 20:33
Oxunub: 5 135
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə təbrik edib
BOLGEXEBER.COM-un məlumatına görə, V. Putinin məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Sizi və Azərbaycanın bütün vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.
Əminəm ki, Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin rifahı, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə gücləndirilməsi üçün bundan sonra da etibarlı zəmin olacaq.
Hörmətli İlham Heydər oğlu, Sizdən Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına minnətdarlıq dolu ən səmimi sözlərimi, möhkəm cansağlığı və uzun ömür arzularımı çatdırmağı xahiş edirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər