BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın İnterpol-un axtarışına verdiyi “müdir” Almaniyada gizlənir

Azərbaycanın İnterpol-un axtarışına verdiyi “müdir” Almaniyada gizlənir

8-05-2015, 17:32
Oxunub: 4 223 Azərbaycanın İnterpol-un axtarışına verdiyi “müdir” Almaniyada gizlənirAlmaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev Azərbaycandan qaçaraq gizlənən və İnterpol-un axtarışına verilən Təfəkkür Universitetinin filial müdiri Riyad Əliyevlə bağlı müraciət xaricdəki soydaşlarımıza müraciət edib.

Modern.az saytının məlumatına görə, diaspor nümayəndəsi Avropadakı azərbaycanlıları ehtiyatli və diqqətli olmağa çağırıb.

“Məlumunuz olsun ki, universitetə, təhsil mərkəzlərinə düzəlttmək adı ilə kütləvi şəkildə insanları aldadaraq milyonlarla pulu mənimsəmiş Təfəkkür Universitetinin filial müdiri Riyad Əliyev Azərbaycanda həbs olunacağından qorxaraq artıq bir müddətdir ki, Almaniyaya qaçıb. Bu dələduz özünü siyasi müxalifətin fəalı kimi təqdim edərək nədənsə Avropaya gəldikdən sonra ölkədəki vəziyyəti tənqid edir və elə bir rəy formalaşdırmağa çalışır ki, guya bu adam siyasi təqiblərdən canını qurtarmaq üçün Almaniyaya siyasi mühacirətə gəlib. Bundan başqa doğru - dürüst ali təhsili olmayan, qaranlıq və müxtəlif yollarla özünə iqtisadiyyat üzrə elm dərəcə almağı bacaran bu adam aldatma yolu ilə insanlardan aldığı pulları rahat hızm etmək üçün Almaniyay gəldikdən sonra "hüquq müdafiəci"sinə çevrilib. Hətta bu dələduzu müdafiə edənlər də bu məlumatı yazmamağımız üçün bizə müxtəlif şantaj yolları ilə təzyiq edirlə”-deyə Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev vurğulayıb.

Bu günə kimi Riyad Əliyevi şəxsən tanımadığını bildirən diaspor mərkəzinin rəhbərinin sözlərinə görə, soydaşlarımızın həmin dələduzun toruna düşməyini istəmir:

“Bizə Azərbaycandan vətəndaşlarımız yazır və xahiş edirlər ki, biz bu dələduzu ifşa edək və bu cür cinayətkarların Almaniyada rahat dolaşmasına, sakit həyat tərzi keçirməsinə imkan verməyək. Doğrudur , övladının təhsili üçün rüşvət verilməsini təqdir etməsəm də, minlərlə yetimin, kasıbın, haqqını yeyən bu tip "insan"ların cəzasız qalmaması üçün mən həm bir vətəndaş olaraq , həm də ölkəmizin zəngin mədəniyyətini təbliğ etməyə məsul şəxs kimi vətənimizin adına qara ləkə olan bədxahların burda rahat rahat gəzməsinə imkan verməyəcəm. Bədəli nə olursa olsun, cinayətkar cəzasız qalmamalıdır”.

Rəşad Quliyev bildirib ki, artıq dünəndən etibarən İnterpol da bu şəxs haqqında axtarış elan edib. “Almaniyada yaşayan soydaşlarımdan, bu şəxsi tanıyanlardan diqqətli olmalarını, tanımayanlara isə ehtiyatlı olmağa dəvət edirəm”-deyə diaspor nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Təfəkkür Universiteti Riyad Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verildiyini bəyan edib. Qeyd olunub ki, Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Yasamal rayon məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışdadır.
Bolgexeber.com