BolgeXeber.Com » Xəbərlər » Su idarəsi müdirinin 100 minlik yeyintisi - Daşkəsəndə

Su idarəsi müdirinin 100 minlik yeyintisi - Daşkəsəndə

9-05-2015, 09:38
Oxunub: 3 733 Su idarəsi müdirinin 100 minlik yeyintisi - DaşkəsəndəDaşkəsən rayonu 5 ildir su üzünə həsrət qalıb. Rayon su idarəsinin müdiri Pənah Əhmədov vəzifəyə gələndən su sayğaclarının quraşdırılması dayandırılıb.

TİA.AZ-ın elektron poçtuna məktub yazan yerli sakinlər qeyd edirlər ki, idarə müdiri suyu fermer təsərrüfatlarına satıb, əhalini isə susuz qoyub. P.Əhmədov bu “əməliyyat” hesabına böyük gəlirlər əldə edib.
Abonentlərdən su pulu isə yığılması öz növbəsində davam edir. Daşkəsənlilər 5-9 gündən bir su görür ki, o da cəmi yarım saat. İdarə müdirinin başı isə su borularının təmiri adı altında pul silinməsinə qarışıb. Rayonun istixanaları da darmadağın edilib.
1860 abunəçisi olan şəhərin 70 faizində su sayğacı yoxdur. Bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır. O da orta hesabla hər ay 4-5 min manat artıq pul yığılıb mənimsənilməsinə gətirib çıxarır.
Məktub müəllifləri qeyd edirlər ki, yay aylarında Qoşqar su xəttini hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla alınaraq Xoşbulaqda satılır.
Bu da orta hesabla hər il yay aylarında 30000-45000 manat pul deməkdir. Pənah Əhmədov ustalıqla bu pulu mənimsəyir və əhali də susuz qalır. Hər il Baş İdarədən rayon su xəttini təmirinə 100 000 manat pul ayrılır. Cari ildə təmir adı altında saxta sənədlə Pənah Əhmədov vəsaiti mənimsəyib.