BolgeXeber.Com » Xəbərlər » Nəqliyyatda vahid kart gəlir- “Bakı Kart”

Nəqliyyatda vahid kart gəlir- “Bakı Kart”

10-05-2015, 13:54
Oxunub: 5 630 Nəqliyyatda vahid kart gəlir- “Bakı Kart”Bakıda bütün nəqliyyat vasitələrində vahid kart sistemi tətbiq ediləcək

Yeni ödəmə kartları, Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində istifadə ediləcək.

Bakıda bütün nəqliyyat vasitələrinə tətbiq edilən vahid kart sistemi, dəmiryol nəqliyyatında da tətbiq ediləcək.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, yeni ödəmə kartları, Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində istifadə ediləcək.

C.Qurbanov onu da bildirib ki, Bakı metropoliteninin bərpası çərçivəsində köhnə platformaların bərpası yeni turniketlərin quraşdırılması istiqamətində işlər görülür.
BOLGEXEBER.COM