BolgeXeber.Com » Xəbərlər » “İST Petrol”dan fırıldaq və əhaliyə təhlükə

“İST Petrol”dan fırıldaq və əhaliyə təhlükə

11-05-2015, 19:41
Oxunub: 18 075 “İST Petrol”dan fırıldaq və əhaliyə təhlükəYanacaqdoldurma məntəqəsində istehlakçılar necə aldadılır?

Bu gün ölkənin bir sıra məkanlarında yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Düzdür, bu cür obyektlərin sayının çox olması sürücülər üçün əlverişlidir. Təəssüf ki, “zapravka”ların əksəriyyəti yanlış ərazilərdə yerləşdirilib. Bu cür yanacaqdoldurma məntəqələri həmin ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyidir. Məsələ burasındadır ki, “zapravka”larla yaşayış evləri arasında məsafə çox azdır. Bu da açıq-aşkar insanların həyatı üçün təhlükə yaradır. Ona görə də yanacaqdoldurma məntəqələri əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməməlidir.

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq dünyanın bir sıra ölkələrində “zapravka”lar yaşayış evlərindən ən az bir kilometr uzaqlıqda yerləşir. Bu ölkələrdə yanacaqdoldurma məntəqələrində qəza baş verəndə vətəndaşlar bundan əziyyət çəkmirlər. Azərbaycanda bu sahədə qanunvericilik bazası yox deyil. Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən verilmiş lisenziya ilə tənzimlənir. Lisenziyanın tələbinə görə, yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırma aparmalıdırlar. Bu cür qaydaları pozan yanacaqdoldurma məntəqələrindən biri də “İST Petrol”dur. Verilən məlumata görə, sözügedən yanacaqdoldurma məntəqəsində istehlakçılara təqdim olunan yanacaq həddindən artıq keyfiyyətsizdir. Yanacağın tərkibinə yad maddələr qatılır. Bu isə həm avtomobilə, həm ekologiyaya mənfi təsirsiz ötüşmür. Bu barədə dəfələrlə məlumat verilsə də, bununla bağlı hələ də ciddi ölçü götürülməyib. Bu, birbaşa istehlakçıların hüquqlarının pozulması deməkdir. Bundan başqa redaksiyamıza daxil olan şikayət ərizəsində bildirilir ki, “İST Petrol” müştəriləri aldatmaqla da məşğuldur. Fırıldaq yoluyla müştərinin verdiyi məbləğə uyğun yanacaq doldurulmur. Şikayətçi bildirir ki, əvvəllər bundan xəbərsız idi. Amma davamlı olaraq yolu sözügedən yanacaqdoldurma məntəqəsindən keçdiyindən bunu aşkarlayıb. Bundan başqa müştəriləri çox gözlədirlər. Deyilənə görə, oradakı personalın xidməti sıfıra bərabərdir. Çox vaxt işçilər yerində olmurlar. Bu da müştərilərin narazılığına səbəb olur. Hətta elə işçilər var ki, xidmət göstərdikləri zaman mobil telefondan istifadə edirlər. Bu da hər kəsə bəllidir ki, “zapravka”larda mobil telefonlardan istifadə olunması da təhlükəsizlik qaydalarına uyğun deyil. Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb ola bilər. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, motorlu qayıqlara yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.

Qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə – Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində “IST Petrol” yanacaqdoldurma stansiyaları fəaliyyətdədir.gundelik-baku