BolgeXeber.Com » Xəbərlər » Hacı İbrahim Nehrəmli də saxlanıldı

Hacı İbrahim Nehrəmli də saxlanıldı

13-05-2015, 13:22
Oxunub: 6 237 Hacı İbrahim Nehrəmli də saxlanıldı“Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”

BOLGEXEBER.COM bildirir ki,“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb. Bu barədə "qafqazinfo" xəbər yayıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə iş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.

Bununla belə, məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.