Hacı İbrahim hətta telefonla da nisyə danışırmış... - "Avesta"dakı mənbə
15-05-2015, 10:46
Oxunub: 5 376
Son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Saxlanılanlar sırasında “Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin də olduğu deyilir.
Beynəlxalq Bankdan götürdüyü milyonlarla krediti geri qaytarmayan iş adamının ciddi maliyyə böhranı ilə üzləşdiyi bildirilir.
Şirkətdən adının açıqlanmasını istəməyən şəxsin AzVision.az-a verdiyi məlumata görə, konsern böyük maliyyə problemi ilə üzləşib. Bu səbəbdən işçilərin maaşlarında son aylar gecikmələr olub. Hətta holdinqdə ciddi ixtisarların aparılacağı haqda işçilərə xəbərdarlıq da edilib.
Mənbə şirkətin “Azərcell” mobil operatoruna da borclu olduğu vurğulayıb. Bildirib ki, “Azərcell”in şirkətdaxili abunə tarifləri ödənilmədiyindən işçilər üçün nəzərdə tutulan mobil telefonların xətti bağlanıb.
“Bir aydır ki, şirkət “Azərcell”ə olan borclarını ödəyə bilmir. Ona görə, həmin operatorun danışq tariflərindən istifadə edə bilmirik”,-deyə mənbə qeyd edib.
Xatırladaq ki, ötən gün mətbuatda yer alan məlumatalara görə "Avesta" holdinqinin sahibi Hacı İbrahim Nehrəmli hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dindirilib. Onun məlum maliyyə fırıldaqçılığına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyi bildirilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər