Baş prokuror vətəndaşları on-line rejimində qəbul etmişdir
15-05-2015, 17:49
Oxunub: 5 915
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən BOLGEXEBER.COM-a verilən məlumata görə,mayın 15-də Baş prokuror Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Quba rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Quba, Qusar və Xaçmaz rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirmişdir.
Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 20-yə yaxın vətəndaşın şikayəti dinlənilmişdir. Müraciətlərdə qaldırılan məsələlər nəzarətə götürülməklə, həmin şikayətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verilmişdir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər