Sumqayıt və kəndlərdən 20 Yanvara avtobus gəlməyəcək -Qadağan olundu
16-05-2015, 18:19
Oxunub: 5 301
Bu gündən etibarən Sumqayıt şəhəri, Qobu, Hökməli və digər kəndlərdən şəhərə gələn marşrut avtobuslarının "20 Yanvar" dairəsinə daxil olması qadağan olunub
Bu istiqamətdə hərəkət edən avtobusların sonuncu dayanacağı Avtovağzal ərazisi olub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, bu addım I Avropa Oyunları ilə əlaqədardır.
Onun sözlərinə görə, "20 Yanvar" ərazisində daha böyük sıxlıq yaranmaması üçün bu istiqamətdəki avtobusların yolu qısaldılıb.
N. Həsənov iyunun 1-dən daha sərt tədbirlərin görüləcəyini də qeyd edib: “Taksilər və avtobuslar "20 Yanvar" ərazisində böyük problem yaradırlar. Nəzərə alsaq ki, Oyunlar vaxtı bilet alanları oyunlar keçirilən əraziyə daşımaq üçün ekspres avtobusları da əlavə olunacaq, o zaman sıxlıq daha da çox olar. Ona görə də tədbirlər həyata keçiririk. Sumqayıt və kəndlərdən gələn avtobuslar üçün bir neçə yer ayrılacaq. Bu istiqamətdə hərəkət edən avtobuslar bu yerlərdə dayanacaqlar, sərnişinlər oradan da şəhərə başqa marşrutla gələcəklər. Ona görə də vətəndaşlardan da xahiş edirik ki, bunu anlayışla qarşılasınlar. Yəqin iyul ayından etibarən bu problemlər olmayacaq”.
O, dəyişdirilən marşrut xətlərinin aqibətinə də aydınlıq gətirərək bildirib ki, oyunlardan sonra zərurət olan marşrut xətləri bərpa olunacaq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər