Bakıda toyda kütləvi dava - 700 nəfər qonaq bir-birinə qarışıb -YENİLƏNİB
18-05-2015, 12:41
Oxunub: 5 456
“Kişi qadına söz atıb”
Bakının “Şam bağı” restoranındakı toyda kütləvi dava ilə bağlı polis münasibət bildirib.
BOLGEXEBER.COM axar.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsindən bildirilib ki, davaya səbəb kişinin qadına söz atması olub.
“Toy zamanı kişi yarızarafat, yarıgerçək qadına söz atıb. Qadın kişinin sözünə kobud cavab verib. Nəticədə kişi onu vurub. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Onların izahatı alınıb və evə buraxılıblar”.
Qeyd edək ki, toyda baş verən kütləvi davanın qarşısını şadlıq evinin mühafizəçiləri ala bilmədiklərinə görə, hadisə yerinə polis çağırılıb. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib.
09.57
Bakıda “Şam bağı” restoranında keçirilən toy məclisində kütləvi dava olub.
Toy mərasimində mübahisə yaranıb.
Mübahisə zəminində bəy evindən olan qonaq Nazilə Əsədovaya qız evinin qonağı Fariz Muradov (ad-soyadlar şərtidir) yumruq zərbəsi endirib.
Bu zaman məclisdə iştirak edən 700 nəfər qonaq bir-birinə qarışıb, kütləvi əlbəyaxa olub. Şadlıq evinin mühafizəçiləri toy iştirakçılarını sakitləşdirə bilmədiyini görəndə hadisə yerinə polis çağırılıb.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının restorana gəlməsindən sonra kütləvi dava sakitləşdirilib, saxlananlar var.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər