BolgeXeber.Com » Xəbərlər » Məmur oğlu haqda şok iddia

Məmur oğlu haqda şok iddia

19-05-2015, 15:08
Oxunub: 4 536 Məmur oğlu haqda şok iddiaOğlu ilişən məmur işi necə bağlamaq istəyir?

Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Cəfərovun böyük oğlu Bahadur Cəfərov çalışdığı Zərdab rayon Polis Şöbəsindən işdən çıxarılıb.

PİA.AZ bildirir ki, bu barədə Gunxeber.com-a verilən məlumata görə, Bahadur Cəfərov Zərdab polisində sahə müvəkkili işləyirmiş. Mənbənin bildirdiyinə görə, idarə müdirinin oğlu 7 ay öncə qonşu rayonların birində təsadüfən narkotik vasitə istifadə edən şəxslərlə birlikdə yaxalanıb. Ancaq həmin vaxt məsələ Vidadi Cəfərov tərəfindən “yoluna qoyulub”. İnformasiya qaynağımız iddia edir ki, amma B.Cəfərov bundan sonra başqa bir yüksək instansiya tərəfindən aparılan yoxlama zamanı ciddi problemə görə cəzalandırılaraq Zərdab rayon Polis Şöbəsindən və təhsil aldığı Polis Akademiyasından çıxarılıb. Mənbə qeyd edir ki, atası Vidadi Cəfərov oğlunun problemlərini yoluna qoymaq və işi ört-basdır etmək üçün böyük “əziyyətə” qatlaşmalı olub. Bundan sonra arxayınlaşan V.Cəfərov bu yaxınlarda ən yaxın dostları ilə qonaqlıq məclisində ətrafına deyib ki, “Bahadurun atası ölməyib bütün problemlərin həll edəcək”. Mənbəmiz bildirir ki, Vidadi Cəfərov oğlunu yenidən Polis orqanları sıralarına qaytarmaq istəyir. V.Cəfərov buna nail olmaq üçün sonadək çalışacağını deyir. İdarə müdirinin bu məsələdə israra etməsini isə mənbəmzi belə izah etdi ki, Vidadi Cəfərov və oğlu düşünür ki, Bahadur Cəfərovu Zərdab polis Şöbəsində işləyən şəxslər satıb.

Məhz buna görə də Vidadi Cəfərov oğlunu satanların acığına Bahaduru yenidən Zərdab Polisinə bərpa etmək istəyir. Son məlumatlara görə, V.Cəfərovun bu işdə çəkdiyi “əziyyət” və “tərləməsi” heç də boşuna getməyib. İdarə rəisi artıq istədiyinə çatmaq üzrədir. V.Cəfərovu buna vadar edən həm də oğlu harınlıq edən məmur kimi adının qara siyahıya düşməsinin qarşısını almaqdadır. V.Cəfərov bilir ki, prezidentin harınlıq edən məmur balalarının özlərinin və valideynlərinin cəzalandırılması ilə bağlı göstərişi var. Belə olan təqdirdə adının qara siyahıya düşməsinin 33 saylı Yol İstismar İdarəsi rəisinin özünün də vəzifədən yola salınması ilə nəticələnəcəyi şübhəsizdir.