Hacı İbrahim “Avesta”nı satışa çıxardı – 45 milyona - FOTOLAR
22-05-2015, 17:18
Oxunub: 5 117
Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu “Avesta” holdinqin binasını satır
BOLGEXEBER.COM bildirir ki,bu barədə azvision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib.
Adının mətbuatda çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Hacı İbrahim Bakıda hamının “milyarderlər məhəlləsi” kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və “Avesta” konserninin yerləşdiyi hündürmərtəbəli binanı satışa çıxarıb.
İş adamı sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib.
Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğu bildirib.
Bir neçə iş adamı bina ilə maraqlansa da Hacı İbrahim alıcı tapa bilməyib.
Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir.
Verilən məlumata görə, həmin binanın bir mərtəbəsində Hacı İbrahim özünün də evi var.
Qeyd edək ki, hazırda Hacı İbrahim Nehrəmlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığı bildirilir.
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər