BolgeXeber.Com » Xəbərlər » Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlığı uğurla davam etdirir
Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq əməkdaşlığı uğurla davam etdirir
25-05-2015, 16:40
Oxunub: 4 766
Mayın 14-dən 15-dək Kiyev şəhərində GUAM-ın Korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının qatıldığı tədbirdə iştirakçı dövlətlərin nümayəndələri çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət barədə statistik məlumatlar təqdim etmiş, bu sahədə müsbət və mənfi dinamikaları təhlil edərək müvafiq dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər irəli sürmüşlər. Çirkli pulların yuyulmasında elektron valyutaların istifadəsi, təşkilata daxil olan ölkələrin milli antikorrupsiya qurumlarında həyata keçirilən struktur islahatlar ətrafında müzakirələr aparılmışdır.
Bundan başqa, mayın 18-dən 19-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində həmin ölkənin Ədliyyə Nazirliyinin dəstəyi ilə ATƏT və Regional Antikorrupsiya Təşəbbüsü və Təhlükəsizlik üzrə Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması sahəsində səmərəli tədbirlər” mövzusunda beynəlxalq görüş keçirilmişdir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşının təmsil olunduğu tədbirdə milli antikorrupsiya strategiyası üzrə monitorinqin metodikası, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyanın qarşısının alınması sahəsində əldə edilmiş uğurlar, həll olunmamış problemlər, habelə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin dövlət sektorunda korrupsiyanın qarşısının alınması və digər məsələlər ətrafında çıxışlar edilmişdir.
Qeyd edilən hər iki tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndələri Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, "ASAN xidmət" mərkəzlərin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər