Blatter FIFA prezidenti postundan istefa verməli oldu
3-06-2015, 10:07
Oxunub: 4 869
Yozef Blatter FİFA-nın təcili çağırılacaq konqresində təşkilatın prezidenti postundan istefa verəcəyini bəyan edib
Bu barədə o bu gün keçirilmiş mətbuat konfransında bildirib.
“Mən diqqətlə prezidentliyim və həyatımın son 40 ilini necə yaşadığım barədə düşündüm. Bu illər FİFA ilə və idmanın ən gözəl növü olan futbolla sıx əlaqəli olub. Mən FİFA-nə çox sevirəm və futbolun inkişafı üçün əlimdən gələni etməyə hazıram. Mən FİFA prezidentliyinə namizədliyimi verməyə qərara aldım, çünki əmin idim ki , futbol üçün hələ çox etmək etmək iqtidarındayam. Lakin çağırışlar bitməyib. FİFA-ya dərin struktur dəyişiklikləri gərəkdir.
Mənim yenidən seçilməyim futbolun bütün subyektləri tərəfindən dəstəklənmədi. Bu səbəbdən mən belə qərar verdim: təcili konqres çağırılsın və həmin konqres zamanı mən səlahiyyətlərimi buraxacam. Konqres mümkün qədər tez çağırılmalıdır, çünki növbəti konqres gələn ilin mayında Mexikoda nəzərdə tutulub”, deyə Blatter qeyd edib.
Blatter FİFA üzvlərinin iştirakçısı olduğu korrupsiya qalmaqallarında öz günahının olduğunu da etiraf edib: “Biz konfederasiya üzvlərinin əməllərinə görə cavab verə bilmərik, lakin FİFA adı altında baş verənlərə görə məsuliyyət daşıyırıq”, deyə Blatter qeyd edib.
Qeyd edək ki, FİFA-nın təcili konqresi 2015-ci ilin dekabrından 2016-cı ilin martınadək dövr ərzində baş tutacaq.
Xatırladaq ki, ABŞ-da aparılan istintaq çərçivəsində bu ölkənin hüquq-mühafizə orqanlarının müraciəti əsasında İsveçrədə FİFA-nın 9 nümayəndəsi korrupsiyada ittiham olunaraq həbs edilmişdi.
1998-ci ildən FİFA-ya rəhbərlik edən 79 yaşlı Yozef Blatter mayın 29-da növbəti dörd il müddətinə FİFA-nın prezidenti seçilib. apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər