BolgeXeber.Com » Xəbərlər » “Azercell”-in MND cığallığı - ÖZƏL

“Azercell”-in MND cığallığı - ÖZƏL

3-06-2015, 14:34
Oxunub: 4 187 “Azercell”-in MND cığallığı - ÖZƏL“Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Ölkənin ən iri şirkətlərindən biri olan bu mobil operator barəsində kütləvi narazılıqlar baş qaldırmaqdadır.

Abunəçilər “Azercell”I fırıldaqçılıqda, aldatmaqda ittiham edir. Növbəti bir şikayət TİA.AZ-a daxil olub. Mənbənin sözlərinə görə, martın 3-də öz adına bu mobil operatordan nömrə alıb.
Ancaq bu günə kimi nömrə onun adına qeydiyyata keçməyib. Şirkətin müddəalarına görə, paytaxtdan nömrə alınanda 30, bölgələrdən isə 60 günə qeydiyyata salınır. Vətəndaş gileylənir ki, aldığı nömrə adına keçirilməyib.
“050 981 28 17 Azercell nömrəsini almışam. Bununla əlaqədar dəfələrlə Azercell-in 2002 saylı telefon mərkəzinə şikayət etmişəm. Amma baxılmır. “Bakcell”in rəhbəri Riçard Şirer “Azercell”i MND-ni bloklamaqda ittiham etmişdi. Düz deyib.
Çünki bizim qohumumuz da 5 Azercell nömrəni eyni vaxtda Bakcell (Klass)-e keçirmək istəyirdi, amma Azercell heç bir əsas olmadan MND-dən imtina etmişdi”.
Qeyd eək ki, “Azercell” və “Bakcell” şirkətlərinin gizli rəqabəti artıq açıq müstəvidə müharibə fazasına keçib. Bu gərginliyin son mesajlarından birini “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirmişdi. O, qeyd etmişdi ki, Azərbaycanda mobil nömrə daşınması sistemindən gözləntilər özünü doğrultmayıb. Şirerin sözlərinə görə, daha böyük sayda aktiv istifadəçi nömrəsini “Bakcell”ə daşıyacağını gözləyiblər. İcraçı direktor çıxışında “Azercell”in paxırını açmışdı: “Azərbaycanda mobil nömrələrin daşınması xidməti fəaliyyətə başlayandan 2014-cü ilin sonuna qədər digər mobil operatorlardan “Bakcell”ə keçən istifadəçilərin sayı 65% artıb. İndiki qaydalar imkan verir ki, bir abunəçi bir mobil şəbəkədən digər şəbəkəyə keçsin. “Azercell” şirkəti öz nömrələrini digər mobil operatorun şəbəkəsinə daşınmasını bloklayırdı. Yəni mobil operatorun müştərilərinin çoxu digər operatorun şəbəkəsinə keçmək istəyirdi. Amma o şirkət buna imkan vermirdi. Amma artıq qüvvəyə minən yeni qaydalar abunəçilərə daha rahat şəkildə nömrələrini digər mobil operatorun şəbəkəsinə keçirməyə imkanlar verəcək”.
Onun bu açıqlaması “Azercell” tərəfindən birmənalı qarşılanmayıb. Şirkətə açıq və ağır ittiham irəli sürülüb. Bu o deməkdir ki, tərəflər arasında qızğın və amansız savaş var. Üstəlik, “Azercell” daşınma şəbəkəsini bloklamaqda günahlandırılıbsa, məsələ məhkəməyə qədər uzanıb gedə bilər. İndilik isə şirkət ona olan ittihama cavab verməklə qənaətlənib.