Balakəndə zavodda yoldaşını öldürən fəhlə: “Ailəm, iki oğlum yenə başsız qaldı”
5-06-2015, 10:44
Oxunub: 5 959
“Obşak”da təhqir olunduğunu düşünən Anar Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətovu ürəyindən bıçaqlayıb
Ötən gün Balakən rayon kərpic zavodunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.Zavodda işləyən fəhlələr işdən sonra oturub dincəlirmişlər. Bu zaman fəhlələr zarafatlaşmağa başlayıb.
Zarafat zamanı fəhlələrdən biri - 37 yaşlı Anar Ramazan oğlu Həmzətov 35 yaşlı Anar Məhəmməd oğlu Ömərova əl atıb.
Ona edilən əl-qol zarafatları Anar Ömərovun xoşuna gəlməyib. O, adaşına iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb.
“Obşak”da təhqir olunduğunu düşünən Anar Ömərov üzərində gəzdirdiyi bıçaqla Anar Həmzətovu ürəyindən bıçaqlayıb. Zərbə güclü olduğundan Anar Həmzətovun yarası da dərin və öldürücü olub. Adaşını öldürən Anar Ömərov isə hadisə yerindən qaçıb.
Lakin polislər onu tuta biliblər. Saxlanılan Anar Ömərov istintaqa törətdiyi cinayətdən çox peşman olduğunu bildirib. Bildirib ki, bir il bundan qabaq həbsdə çıxıbmış.
“Çox peşmanam. Ailəm, iki oğlum yenə başsız qaldı”, - deyə Anar Ömərov bildirib.
Qeyd edək ki, Anar Ömərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Zarafatın qurbanı olan Anar Həmzətov da ailəli olub və iki azyaşlı oğlu var.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər