“Miss Azerbaijan”da rüşvət qalmaqalı — İştirakçıdan şok açıqlama
10-06-2015, 12:10
Oxunub: 5 372
“Miss Azerbaijan-2015” model müsabiqəsi ətrafındakı qalmaqal davam edir.
“Qafqazinfo”nun məlumatına görə, müsabiqədə “İkinci vitse-miss Azerbaijan” nominasiyasına layiq görülən Əfsanə Qasımova müsabiqədə ondan rüşvət istənildiyini iddia edir.
O, “Qafqazinfo”ya açıqlamasında tacın qiymətinin 15 min manat olduğunu bildirib:
“İlk dəfə Aneliya Orduxanova məni məşqdən götürdü. Dedi ki, birinci yer istəyisənsə 15 min manat verməlisən. Mən də fikirləşəcəyimi, sonra cavab verəcəyimi dedim. Düşündüm ki, mən onsuzda onlayn səsvermədə birinciyəm. Niyə bunlara pul verməliyəm? Nə vaxta kimi belə yarışmalarda yerlər satılacaq? Sonra mən 17 min səs topladım. Təşkilatçılar səs fazimi aşağı salmaq üçün elan etdilər ki, bütün səslər 10-a bölünəcək. Buna etirazımı bildirdim, qulaq asan olmadı. Mənə bildirdilər ki, 1-ci yerin sahibi azərbaycanlı xanım olacaq. Axı niyə belarusiyalı “Miss Azerbaijan” qalibi olmalıdı? Bu necə olur ki, başqa ölkənin vətəndaşı konkursa qatılır?”
İştirakçı Əfsanə Qasımova təşkilatçıları məhkəməyə verəcəyini bildirib:
“Məhkəməyə vermək niyyətindəyəm. Qoy bu yarışmanın lisenziyası bunlardan alınsın. Bəsdi daha yarışmalarda hüquqlarımız tapdalandı. Bizi aktrisa kimi oynatdılar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər