3 icra başçısı həbs ediləcək
11-06-2015, 13:29
Oxunub: 27 500
Avropa Oyunlarından sonra 3 icra başçısının – Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs ediləcək
Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, X.İskəndərovla bağlı məsələ bəllidir: “Binəqədidə məlum yanğın hadisəsi ilə bağlı aparılan istintaq artiq onun günahını təsdiqləyib. Həbs edilən müavini və başqa şəxslərin ifadələri onun həbsi üçün ciddi əsaslar yaradıb. Başqa bir müavini İlqar Süleymanovun ölkədən qaçmağa cəhd etməsi və hava limanında yaxalanaraq geri qaytarılması da göstərir ki, başçının vəziyyəti arzuolunmazdır”.
Mənbənin sözlərinə görə, oxşar yanğın hadisəsi baş verən Xətai rayonun İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu da eyni aqibət gözləyir: “R.Məmmədovun adının gündəmdə olmaması Xətaidəki yanğında insan təlafatının qeyd alınmaması ilə bağlıdır. Ancaq bu məsuliyyətdən yayınmağa əsas vermir”.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin gözlənilən həbsinə toxunan mənbə deyir ki, icra başçılarının həbsi təkcə yanan binalarla bağlı yox, həm də Avropa oyunlarından sonra başlanacaq anti-korrupsiya əməliyyatları ilə bağlıdır. Hər 3 başçı kifayət qədər korrupsiyalaşıb. Neftçala şikayətlərin ən çox daxil olduğu rayondur. Yuxarı dairələrdə Neftçala potensial “İsmayıllı” kimi dəyərləndirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər