Karateçilərimizdən 2 "qızıl", 2 "bürünc" medal - "Bakı-2015"
13-06-2015, 19:41
Oxunub: 5 404
Azərbaycan "Bakı-2015" I Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Bu uğura karateçi Firdovsi Fərzəliyev imza atıb
60 kq çəki dərəcəsində yarışan idmaçımız finaladək ispaniyalı Matias Qomes Qarsiya, italiyalı Luka Maresk və albaniyalı Halil Marqeş, moldovalı Emin Pavlovu yenib. Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska 4:0 hesabi ilə qalib gələrək qızıl medala sahib çıxıb.
67 kq çəki dərəcəsində yarışan Niyazi Əliyev bürünc medala sahib çıxıb. O, ardıcıl olaraq gürcüstanlı İrakli Tkebuçava, fransalı Stevan Da Kosta, ispaniyalı Manuel Rosero Ruis və almaniyalı Rikardo Gieglerə qalib gəlib.
Qadın karateçimiz İlahə Qasımova da "bürünc"ə sahib çıxıb. 55 kq-da yarışan İlahə Cenni Varlinqə (Lüksemburq), Tuba Yakana (Türkiyə), Yelena Kovaçeviçə (Xorvatiya) və Kristina Ferrer Qarsiyaya (İspaniya) qalib gəlib.
Qeyd edək ki, yığmamızın lideri Rafael Ağayev də finala çıxıb. O, ukraynalı İlya Nikulinə, türkiyəli Erman Eltemura, latviyalı Ruslan Sadıqova və almaniyalı Noa Bitşlə qalib gəlib. Rafael finalda italiyalı Luici Busanı yenərək çempion olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər