BolgeXeber.Com » Xəbərlər » Çingiz Abdullayev: Bu gün biz Allahsız və vicdansız yaşayırıq

Çingiz Abdullayev: Bu gün biz Allahsız və vicdansız yaşayırıq

16-06-2015, 16:46
Oxunub: 4 558 Çingiz Abdullayev: Bu gün biz Allahsız və vicdansız yaşayırıq“Qadınlar sivilizasiyanın ayrı formasıdır”.

Yazıçı təvazökar olduğunu dedikdə kələk gəlir. Yaradıcılıq ümumiyyətlə, təvazökarlığı nəzərdə tutmur. Mən gündəlik yazmıram. Mən kitab yazıram ki, onları çox sayda insan oxusun. Və bu baş verəndə inanın ki, çox böyük həzz alıram.

Mənim bəzi ifadələrim xalq arasında yayılıb, bununla qürur duya bilərəm. 1993-cü ildə mənim yazdığım “Sovet İttifaqının dağılmasına heyfsilənməyənin ürəyi yoxdur. Onun bərpasını istəyənin isə başı yoxdu” sizin prezident Putin də təkrarlayır.

Oxu.Az xəbər verir ki, bu barədə “Kommuna” qəzetinə verdiyi müsahibəsində Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev bildirib.

SSRİ üçün nostalji hisslərə qapılması barədə suala cavab verən yazıçı deyib:

“Yəqin ki, yox, amma böyük bir yolun keçilməsini dərk edirəm. Bu yol həmişə çiçəklə bəzədilmiş deyildi və 70 il ərzində baş verən faciələrin sayı az deyildi, buraxılan səhvlər də çox olub, amma sovet sivilizasiyası yalnız bir neçə amil ilə məhdudlaşdırılsa idi belə, o zaman da bəşəriyyət tarixində layiqli rola iddiaçı olacaqdı.

Qaqarinin təbəssümü, Reyxstaqın üzərində qırmızı bayraq, yəhudi xalqının krematoriya sobalarından xilası, dünyanın faşizmdən xilası - bütün bunlar bu ölkənin mövcud olmasına haqq verirdi. Biz uzun müddət Allahsız yaşamışıq, sonra 90-cı illərdə bizə vicdansız yaşamağa izin verdilər. Bu gün isə biz Allahsız və vicdansız yaşayırıq”.

Xalq yazıçısı hesab edir ki, istənilən millətçilik hər zaman faşizmə və millətin rüsvayçılığına çevrilir:

“Amma biz elə bir dövrdə yaşayırıq ki, ərəb, qaradərili və ya hindunun həyatı eyni sayda avropalı və ya şimali amerikalının həyatı ilə müqayisə edilməzdir. Fransada “Charlie Hebdo”nun jurnalistlərini güllələyərkən İraqda bir neçə jurnalist həlak oldu. Kim isə buna görə səs-küy saldımı?”

Çingiz Abdullayev deyir ki, qadınları sivilizasiyanın digər forması hesab edir:

“Qadınlar güclü cinsin heç bir zaman öyrənə bilməyəcəyi, hansısa bir sirri bildiklərini hiss edirəm. Kişilər ömür boyu döyüşürlər, Günəş altında yer üçün mübarizə aparırlar, nəyə isə nail olmağa çalışırlar, qadınlar isə bilirlər ki, yer üzündə onların həyatından da daha vacib olan bir şey var – uşağın həyatı. Bu, bütün fizioloji və özünüqoruma instinktinə ziddir, amma ehtimal ki, bizim bütün sivilizasiya bunun üzərində qurulur”.

Xalq yazıçısı deyir ki, bu gün qərb mədəniyyətinin bizə diktə etdiyi prinsiplərin hamısı ilə razılaşa bilmir.

“Özümü kosmopolit hesab edirəm, amma indi eynicinsli nikahları, bəzi Avropa ölkələrində uşaqların tərbiyəsinə münasibəti qəbul etmək mənim üçün çətindir”.
Bolgexeber.com