Deputat Vahid Əhmədovun qardaşı oğlu həbs olundu - SƏBƏB
18-06-2015, 13:29
Oxunub: 5 033
Bakı Şəhər Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tanınmış iqtisadçı deputat Vahid Əhmədovun qardaşı oğlu Namiq Əhmədovu həbs ediblər
Bu barədə "AzPolitika.info” məlumat yayıb.
N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.
Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib.
Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.
N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər