“Hafka”nın “müalicəsi” bitmir, bankı isə batır...
19-06-2015, 09:36
Oxunub: 5 032
“Bank of Azerbaijan”dan həm kredit, həm də faiz və cərimə borcları tələb olunur
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank of Azerbaijan”ı məhkəməyə verib. Bu barədə fins.az Bakı Apelyasiya Məhkəməsinə istinadən xəbər verir. İddiaya səbəb bankın SKMF-dən cəlb etdiyi vəsaiti geri qaytarmamasıdır. Buna görə də “Bank of Azerbaijan”dan həm kredit, həm də faiz və cərimə borcları tələb olunur. Amma söhbətin konkret hansı məbləğdən getdiyi açıqlanmır.
İşə ilk öncə bu il martın 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Vüsalə Baxışovanın rəhbərliyi ilə baxılıb və SKMF-nin iddiası təmin olunub. Amma “Bank of Azerbaijan” qərardan apelyasiya şikayəti verib. İyunun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun rəhbərliyi ilə işə bir daha baxılıb və iddia qismən təmin edilib.
“Bank of Azerbaijan” son vaxtlar üzləşdiyi maliyyə problemləri ilə gündəmdədir. Bankın Müşahidə Şurasının sədri Hafiz Məmmədov hazırda ölkədə deyil.
“Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri Nəsimi Rayon Məhkəməsi tərəfindən mayın 18-də seçilib. Ancaq Hafiz Məmmədovu həbs etmək mümkün olmayıb. Belə ki, bu qərarın verilməsindən 2 gün əvvəl - mayın 16-da “Hafka” ölkədən qaça bilib. Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat kredit gotürüb mənimsəməkdə ittiham olunur. H.Məmmədov bu xəbər yayıldıqdan sonra ölkədən qaçmadığını deyib: "Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm".
“Hafka” onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda məlumatları da təkzib edib: “”Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram".
Məlumata görə, “Hafka” Londonda deyil, Almaniyadadır.
Bu arada Beynəlxalq Bankda kredit qalmaqalına görə daha bir məşhur adam Abbas Abbasovun qardaşının da istintaqa cəlb olunduğu bildirilir.
Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, artıq Nadir Abbasov bu məsələ ilə bağlı DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Onun həbsi barədə qərar verilib-verilmədiyi dəqiq bilinmir. Məlumatda deyilir ki, Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur.
Çox Oxunanlar
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə
- 22-02-2025, 14:27 : Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA
Dünya
- 18-02-2025, 14:46 : Məşhur cütlüyü şantaj edən şəxs həbs edildi
Şou-Biznes / Xəbərlər
- 20-02-2025, 14:24 : ATV yayımı dayandırır
Şou-Biznes
- 19-02-2025, 17:52 : Azərbaycan Avraviziyada hansı mahnı ilə çıxış edəcək?
Şou-Biznes / Xəbərlər
- 26-02-2025, 12:43 : Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Bölgə / Xəbərlər