Aqrar Universitetdə yay bazarlığı
19-06-2015, 15:11
Oxunub: 5 296
Dövlət Aqrar Universiteti yay bazarlığını başa vurub
TİA.AZ-n əldə etdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi semestr imtahanlarının haqq-hesabını çəkib.
Rektor İbrahim Cəfərov ölkənin tanınmış təhsil ocağını biznes obyektinə çevirməklə öz maliyyə imkanlarını genişləndirib. Universitetdə imtahanlar zamanı tələbələrdən qiymətə görə alınan xərac Tədris İşləri üzrə prorektoru Anar Hətəmovun nəzarəti altında həyata keçirilib.
Rektor yaxasını kənara çəkməklə bu prosesə qıraqdan təsirini göstərib. Məlumatda qeyd olunur ki, İ.Cəfərov tələbələrə təzyiq etməklə buna nail olur. O, elə bir rüşvət sistemi yaradıb ki, tələbələr bu labirintdən çıxa bilməsin.
Ali məktəbdə təhsilin səviyyəsindən isə danışmağa dəyməz. Gəncədə yerləşən Dövlət Aqrar Unversiteti kənd təsərrüfatı sahəsi üçün mütəxəssislər yetişdirməlidir. İ.Cəfərov isə təhsil ocağında rüşvəti yetişdirməklə bəhrəsini görməkdədir.
Universitetin Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əczaçılıq fakültələrində imtahanlar əyani görüşlərlə keçirilir. Dekanların qəbuluna yazılan tələbələr semestr imtahanının məbləğini danışırlar. Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakültələri də geri qalmır.
Hər imtahan üçün 30-40 manat rüşvət alınır. Eyni zamanda bir çox tələbələr var ki, onlar ildə bir dəfə universitetə təşrif buyururlar. Həmin tələbələr universitet rəhbərliyinə illik deyilən “ödəmə” verirlər.
Universitetə testdən kənar qəbul olmaq üçün isə ən azı 6-8 min manat arası “ödəmə” verildiyi bildirilir. Prorektor Anar Hətəmovun xüsusi əməyi qeyd olunmalıdır. Qiyabi təhsil alan yüzlərlə tələbə isə hər semestrdə qiyabi şöbənin müdiri Siyavuş Vəliyevlə görüşürlər. Hər imtahan üçün 50 manat “ödəmə” verən qiyabi oxuyan tələbələr imtahanlarından kafi qiymət almış hesab olunurlar. Artıq təhsil naziri və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə rektordan şikayətlər daxil olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər